Noyabrın 4-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Ermənistanın öhdəlikləri üzrə həmməruzəçiləri, Finlandiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərini Kimo Killunen və İsveç nümayəndəliyinin rəhbəri Boriana Aberqi qəbul edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan və Avropa Şurası (AŞ) arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Ararat Mirzoyan Avropa Şurasının Ermənistanda demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan haqlarının təşviqi üçün göstərdiyi yardımı yüksək qiymətləndirib.
ER XİN başçısı 44 günlük müharibənin ilk günlərindən AŞ-nin müxtəlif orqanlarının, xüsusən AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat və çağırışlarını yüksək qiymətləndirdi.
Görüşdə qeyd olunub ki, həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Dağlıq Qarabağ münaqişəsini müstəsna olaraq sülh yolu ilə həll etməyi öhdəsinə götürmüşlər, Azərbaycanın müharibəyə başlaması isə bu öhdəliyin açıq şəkildə pozulmasıdır.
Azərbaycanın Artsaxa təcavüzü nəticəsində yaranan humanitar problemlərə də toxunulub. Ararat Mirzoyan erməni hərbi əsirlərin və digər məhbusların vətənə qaytarılmasının vacibliyini vurğulayıb.