ER xarici işlər nazirinin müavini Vahe Qevorgyan parlamentin Xarici əlaqələr və maliyyə-kredit, büdcə məsələləri üzrə daimi komissiyalarının birgə iclasında ATƏT-in Minsk qrupu həmsədrlərinin sədrliyi ilə Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən danışıb və yaxın vaxtlarda yeni görüşlərin keçiriləcəyini qeyd edib.
“Düşünürəm ki, ən böyük nəticə sentyabrın 23-24-də Nyu-Yorkda Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü, daha sonra isə Azərbaycanın xarici işlər naziri ilə görüş oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin öz mandatı çərçivəsində həllinə sadiq olduqlarını təsdiqləyən bəyanatla çıxış ediblər.
Bu mərhələdə bu çox vacibdir. Biz bu istiqamətdə səylərimzi davam edəcəyik. Düşünürəm ki, yaxın zamanda yeni görüşləri olacaq və sülh prosesinin tam bərpası üçün şəraitlər yaradılacaqdır”,-Qevorgyan qeyd etdi.