Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsir və girov götürmüş ermənilərə baş çəkib, onların saxlanma şəraiti ilə tanış olub, ailə üzvləri ilə əlaqə saxlamağa kömək edib.
Qırmız Xaç Komitəsinin Ermənistandakı nümayəndəsi Zara Amatuni “Lurer”ə bildirib ki, komitə nümayəndələri mütəmadi olaraq əsirlikdə olması rəsmən təsdiqlənən bütün şəxslərə baş çəkir. Bakı hazırda Azərbaycanda 40 nəfərin olduğunu təsdiqləyir.
“İnsanlara ailə məlumatları, xəbərlər mübadiləsi, Qırmızı Xaç məktubları, video mesajlar və telefon zənglərindən istifadə etmək imkanı verilib. Gördüyümüz insanların sayını açıqlaya bilmərik, lakin mən təsdiq edə bilərəm ki, əsirlik boyu hər bir ailə ilə əlaqə saxlamışıq", - deyə Amatuni bildirib.