Ermənistanda daha 2 330 nəfərdə koronavirus aşkarlanıb, 1 270 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 315 004 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 41 nəfər ölüb. Bununla da ölənlərin sayı 6532-yə çatıb.