Noyabrın 3-də ER Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyəti qəbul edib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan-Amerika strateji dialoqu 2019-cu ildə başlayıb və bu, münasibətlərin daha da inkişafı və təşviqinə yönəlib.
Nikol Paşinyan bu ilin iyununda 15 erməni əsirin Azərbaycandan qaytarılmasında ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu istiqamətdə ABŞ səylərinin davam etdirilməsindən məmnunluğunu dilə gətirib.
Həmsöhbətlər Cənubi Qafqaz regionunda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk qrupunun həmsədrliyinin səyləri, Azərbaycandakı erməni əsir, girov və digər saxlanılan şəxslərin qaytarılması ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Baş nazir Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşünə və həmsədrlərin regiona gözlənilən səfərinə əhəmiyyət verib.
ABŞ Dövlət katibinin köməkçisi Erika Olson ABŞ-ın regionda humanitar məsələlərin həllinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə töhfə verməyə hazır olduğunu qeyd edib.
Eyni zamanda o, ABŞ-ın Ermənistan hökumətinə demokratik islahatlarda dəstəyini davam etdirməkdə maraqlı olduğunu vurğulayıb.