Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə Azərbaycanda əsir götürülərək işgəncələrə məruz qalan Tavuş rayonunun Verin Karmirağbyur kənd sakini Mamikon Xocoyan və Çinari kənd sakini Karen Petrosyanın işi üzrə hökm çıxarıb.
Avropa Məhkəməsi Bakının erməni əsirlərin yaşamaq hüququnu, işgəncə və ayrı-seçkilikdən azad olmaq hüququnu, azadlıq və şəxsi toxunulmazlığı pozduğunu tanıyıb.
Avropa İnsan Haqları Məhkəməsi Bakını hər işə görə 40 min avro ödəməyə məcbur edib.
Xatırladaq ki, 77 yaşlı Mamikon Xocoyan 2014-cü ilin yanvarında əsir götürülüb, iki ay sonra, martın 4-də Ermənistana qayıdıb və bir müddət sonra dünyasını dəyişib. Məhkəmə-tibbi ekspertiza göstərib ki, Xocoyanın ölümünə səbəb orqanizmin ümumi intoksikasiyası olub.
Karen Petrosyan 2014-cü il avqustun 7-də yolunu azıb, Azərbaycan sərhədini keçib. Az sonra Azərbaycan hakimiyyəti onu həbs edib və ertəsi gün onun infarktdan öldüyünü açıqlayıb.
Bakı zorakılıq izlərini gizlətməyə çalışaraq 2014-cü ilin oktyabrında Karen Petrosyanın meyitini erməni tərəfinə verib.