Azərbaycanda amnistiya aktının qəbul edilməsi əhəmiyyətli hadisədir. Bu barədə Turan agentliyinə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib.
Bununla yanaşı, hüquq müdafiəçisi amnistiya aktının siyasi məhbusları da əhatə edəcəyini gözləyirdi: “Amma bu, olmasa onların cəza müddətləri azaldıla bilər".
Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da qarşıda gözlənilən amnistiya toxunaraq qeyd edib ki, siyasi məhbus məsələsi bu kontekstdə həllini tapsaydı, amnistiya aktlının məzmunu daha geniş ola bilərdi.
Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov hesab edir ki, amnistiya əslində bütün məhbusalara şamil olunmalıydı: “Bu mənada Azərbaycanda amnistiya aktrının qəbul edilməsi prinsipləri daim pozulur. Amnistiya aktı siyasi fikir və məfkurəsinə görə həbs edilənlərə şamil olunmur. Həmin adamlara Cinayət Məcəlləsinin müxtəlif maddələrilə ittihamlar irəli sürülsə də, onlara qarşı cinayət işlərinin uydurma və saxtalaşdırılmış olduğu aydındır", - Səfərov bildirib.
Amnistiya aktı layihəsi ölkə prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib.
Noyabrın 5-də Milli Məclisin sənədi qəbul edəcəyi gözlənilir.