Konqresin binasında Ermənistan Respublikasının ABŞ-dakı səfiri Lilit Makunts, Konqresin erməni məsələləri üzrə komissiya qrupunun üzvləri ilə görüşüb.
Səfir Makunts Ermənistanı daim dəstəklədiklərinə, erməni xalqını narahat edən məsələlərə və Konqresdə müvafiq qətnamələrin qəbuluna görə konqresmenlərə təşəkkür edib.
Səfir Makunts konqresmenlərə Ermənistan hökumətinin həyata keçirdiyi demokratik islahatlar proqramını, Ermənistan-Amerika münasibətlərinin gündəliyini, aktual regional təhlükəsizlik məsələlərini təqdim edib.
Bu kontekstdə o, ATƏT-in Minsk qrupunun həmsədrlik mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib sayıb.
Səfir Makunts görüşdə iştirak edənlərin diqqətini 44 günlük müharibədən sonrakı humanitar böhrana və çətinliklərə yönəldib, ilk növbədə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki girovların qeydsiz-şərtsiz vətənə qaytarılmasının vacibliyini vurğulayıb.