Serbiyada keçirilən U23 güləş üzrə dünya çempionatında erməni güləşçilər ilk medallarını qazanıblar. Yunan-Roma güləşçisi Davit Ovasapyan (130 kq) finalda iranlı Amin Mirzəzadəyə 1:2 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
Hraçya Poğosyan (63 kq) Moldova təmsilçisi Korneliu Rusunu cəmi 54 saniyəyə 9:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.