Noyabrın 2-də ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olsonu qəbul edib.
Ararat Mirzoyan və Erika Olson Ermənistan-ABŞ münasibətlərinə dair bir sıra məsələləri müzakirə edərək, müxtəlif səviyyələrdə dialoqun müsbət dinamikasından məmnunluğunu ifadə ediblər.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar. Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli həllinin zəruriliyini vurğulayıb. Bununla əlaqədar sentyabrda Nyu-Yorkda keçirilən beştərəfli görüşə əhəmiyyət verilib.
Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzün yaratdığı humanitar vəziyyət də müzakirə olunub. Bu kontekstdə nazir Mirzoyan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin vətənə qaytarılmasının zəruriliyini, eləcə də Azərbaycanın nəzarəti altında olan ərazilərdə Artsaxın erməni dini və tarixi-mədəni irsinin qorunub saxlanmasının zəruriliyini vurğulayıb.