Biz sərhəd gərginliyi probleminin hərtərəfli həllini delimitasiya və demarkasiya prosesinin erkən başlamasında görürük. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
“Bakı və Yerevan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir. Baş verən ayrı-ayrı insidentlər hər iki tərəfdən müvafiq əməkdaşlıq kanalları ilə nizamlanır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb.
Jurnalistin hər hansı yeni sənədin imzalanmasının mümkünlüyü ilə bağlı sualına cavab olaraq mətbuat katibi belə bir məlumata malik olmadığını bildirib.
Zaxarova həmçinin qeyd edib ki, noyabrın 29-da regionda kommunikasiyaların açıçlması üzrə birgə komissiyanın üçtərəfli (Ermənistan, Azərbaycan, Rusiya) iclası keçiriləcək.