Noyabrın 1-dən Yerevanda AİB-İran arasında azad ticarət sazişi ilə bağlı danışıqlar başladı. Bu barədə Mehrnews İranın Ticarət İnkişafı Təşkilatının nümayəndəsi Mirhadi Seyidiyə istinadən məlumat yayıb.
Müzakirələr AİB-ə üzv 5 ölkənin nümayəndələri və İranın nümayəndə heyəti arasında keçirilir.
Yerevan danışıqlarından əvvəl 7 onlayn görüş keçirildi. Növbəti görüş dekabrın 6-da Tehranda planlaşdırılır.