Noyabrın 1-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.
Diplomatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələləri müzakirə edib. Nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini də müzakirə ediblər.
Ararat Mirzoyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin məlum prinsiplər və elementlər əsasında hərtərəfli, sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində işi davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Hər iki tərəf 44 günlük müharibənin gündəmə gətirdiyi humanitar məsələlərə toxunub. Mirzoyan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin qeydsiz-şərtsiz vətənə qaytarılmasının, eləcə də Artsaxın Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni dini və tarixi-mədəni irsinin qorunub saxlanmasının zəruriliyini vurğulayıb.