Fransa humanitar tədbirlər görmək, gərginliyi azaltmaq, saxlanılan şəxsləri azad etmək istəyən ölkələrdən biridir. Bunu Fransanın Ermənistandakı yeni təyin olunmuş səfiri Ann Luyo “Armenpress”ə müsahibəsində Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsinə toxunaraq deyib.
“Nə mən, nə də mənim həmkarım - Fransanın Azərbaycandakı səfiri, bu məsələni Minsk qrupunun fransalı həmsədri olan ayrıca səfir izləyir”, - deyə səfir bildirib.
O, sevinclə qeyd edib ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Artsax münaqişəsinin həllində Minsk qrupunun rolunun vacibliyini bir daha təsdiq ediblər.
“Minsk qrupu bu dialoq prosesində digər yeni addımlar atmaq üçün tərəflərlə işləyir. Fransanın Ermənistandakı səfiri kimi mən təbii olaraq ümid edirəm ki, Minsk qrupu tərəflərə vəziyyətin sabitləşdirilməsində irəliləyiş əldə etməyə kömək edəcək", - deyə Luyo bildirib.