Fransa hesab edir ki, Ermənistanla Azərbaycan arasında sərhədin dəqiq demarkasiyası və delimitasiyasına nail olmaq vacibdir. Bu barədə Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Ann Luyo “Armenpress”ə müsahibəsində bildirib.
"Biz, beynəlxalq ictimaiyyət olaraq, bu proseslərin dinc şəraitdə keçirilməsinə səsləyirik. Aydındır ki, sülh mühitinin yaradılması bu işləri sürətləndirməyə imkan verəcək. Və təbii ki, bu məsələ ilə bağlı mənim arzum budur”, - deyə səfir bildirib.
Luyo həmçinin vurğulayıb ki, Fransa Prezidenti Emanuel Makronun Ermənistana səfər planı var, lakin onun səfərinin tarixləri hələ dəqiq deyil.