ER prezidenti Armen Sargsyan noyabrın 1-də Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) rəsmi açılış mərasimində iştirak edib.
Prezident Sargsyan Böyük Britaniyanın baş naziri və Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə qısa söhbət edib.
Sammit çərçivəsində Ermənistan prezidentinin Fransa prezidenti, Almaniya kansleri, Qətər əmiri, Hindistan, Kanada, İspaniya, İtaliya, Avstraliya baş nazirləri və Argentina, Livan, Serbiya, Monteneqro, Qırğızıstan, Avropa Şurasının prezidentləri ilə söhbətləri olub.
Qeyd edək ki, iqlim konfransı Şotlandiyanın Qlazqo şəhərində 12 noyabra qədər davam edəcək. ER prezidentinin çıxışı noyabrın 2-də olacaqdır.