Ankarada F-35-lə bağlı müzakirələr məhsuldar keçdi.
Bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.
“Türkiyə hələ də bir çox ortaq mənafeyimizin olduğu dəyərli NATO müttəfiqidir. Biz Türkiyə ilə əməkdaşlığı davam etdirmək istəyirik”, - deyə Kirbi bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Ankarada ABŞ və Türkiyə nümayəndələri arasında F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparılıb.