Oktyabrın 31-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
ER-in İrandakı səfirliyindən verilən məlumata görə, İranın xarici işlər naziri A.Tumanyana fəaliyyəti dövründə görülən işlərə görə təşəkkür edib.
Səfir Tumanyan da öz növbəsində son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.