Noyabrın 1-də ER parlamentinin sədri Alen Simonyan Norveç Krallığının yeni təyin olunmuş səfiri Helen Sand Andreseni qəbul edib.
Tərəflər Ermənistan-Norveç münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Hər iki tərəf parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinə yönəlmiş proqramların icrasına əhəmiyyət verib.
Simonyan həmçinin iki ölkə parlamentlərinin müxtəlif beynəlxalq platformalarda əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə regional təhlükəsizlik və sabitliyə də toxunulub, bu kontekstdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli prosesindəki rolu vurğulanıb.
Alen Simonyan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin qaytarılmasının prioritet olduğunu vurğulayıb.