Noyabrın 1-də ER Parlamentinin sədri Alen Simonyan İtaliyanın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Alfonso Di Rizonu qəbul edib.
Səfiri salamlayan Parlament sədri Ermənistan-İtaliya münasibətlərini bütün sahələrdə yüksək qiymətləndirib, səfirin missiyasının dostluq əlaqələrinə yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Tərəflər Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin tezliklə öz vətənlərinə qaytarılmasının zəruriliyini müzakirə ediblər. Alen Simonyan İtaliyanın Deputatlar Palatasının qəbul etdiyi və Azərbaycanı erməni hərbi əsirləri azad etməyə çağıran qətnamənin əhəmiyyətini minnətdarlıqla vurğulayıb.