ER-nin Fransadakı səfiri Hasmik Tolmacyan Fransanın Biarritz şəhərində Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Tədbirdə Biarritz şəhərinin meri Meder Aristogi, Bayonne şəhərinin vitse-prefekti Filip Le Muan Surzur, həmçinin “Agur Armenia” təşkilatının prezidenti Kleman Parakyan iştirak ediblər.
Həmin gün səfir Tolmacyan Biarritz şəhərinin meri Meder Aristogi ilə görüşüb. Merin xahişi ilə səfir Tolmacyan 2020-ci ildə Artsaxa qarşı 44 günlük müharibə ilə əlaqədar bölgədə yaranmış vəziyyəti də təqdim etdi.