Oktyabrın 29-da Roma Papası Fransisk ABŞ Prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni qəbul edib. Həvarilər Sarayında papanın şəxsi kitabxanasında keçirilən görüş saat yarımadək davam edib, TASS məlumat yayıb.
“ABŞ Prezidenti Roma Papası Fransiskin iqlim böhranı ilə mübarizəyə rəhbərlik etməsini, həmçinin vaksinlərin bölüşdürülməsi və dünya iqtisadiyyatının bərabər səviyyədə bərpa olunması hesabına pandemiyaya son qoyulmasının təmin edilməsinə fəal dəstəyini yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilib.