Narkotik qaçaqmalçılığı və qeyri-qanuni dövriyyəyə qarşı mübarizə Ermənistan-İran əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Bu barədə ER baş prokurorunun müşaviri Gor Abrahamyan öz “Facebook” səhifəsində yazıb.
"2020-ci ildə ER ilə İİR arasında dövlət sərhədinən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi halları ilə əlaqədar ER MTX və DGK istintaq orqanları tərəfindən 13 cinayət işi araşdırılıb və 14 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunub.
2021-ci ilin ilk 9 ayın məlumatına görə, araşdırılan belə işlərin sayı 12 olub, bu işlərdə 24 nəfər, o cümlədən Ermənistan Respublikası və İran İslam Respublikasının vətəndaşları təqsirləndirilən şəxs qismində cəlb edilib.
Üstəlik, əgər 2017-2020-ci illərdə ER Gömrük Xidməti İrandan Ermənistana qanunsuz gətirilən 157 kq müxtəlif növ narkotik və psixotrop maddələr aşkar edib, 2021-ci ildə gömrük məntəqəsində 451 kq narkotik vasitə aşkar edilib”.
Digər faktlarla yanaşı qeyd olunur ki, oktyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan Respublikasına və İran İslam Respublikasına qarşı (ən azı bir dəlil təqdim etmədən) ittihamları-bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur, heç bir faktiki əsası yoxdur, açıq şəkildə Ermənistan və İranı gözdən salmağa, Azərbaycanın narkotiklərin tranzit ölkəsi olduğunu gizlətməyə çalışırlar.
“Azərbaycan prezidenti belə bəyanatları o halda verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin dərc etdiyi hesabata əsasən, əgər Ermənistan 2015-2019-cu illərdə heroinin əsas olmayan mənşə və tranzit ölkələri siyahısına daxil olunubsa, Azərbaycan əsas ölkələr siyahısındadır", - deyə Abrahamyan yazıb.