Almaniya kansleri Angela Merkel G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşəcək və tərəflər İranla bağlı məsələləri müzakirə edəcəklər.
TACC yazır ki, bu barədə Berlində jurnalistlərə Almaniya hökumətindəki mənbə bildirib.
Qeyd olunur ki, daha sonra Fransa, Böyük Britaniya da müzakirəyə qoşulacaq. G20 sammiti 30-31 oktyabrda Romada keçiriləcək.