Oktyabrın 28-də Ermənistan Respublikasının İran İslam Respublikasındakı səfiri Artaşes Tumanyan İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Ğasemi ilə görüşüb.
Görüş zamanı Goris-Kapan alternativ yolunun, Şimal-Cənub magistralının inşaat işləri, “Fars körfəzi-Dəniz” nəqliyyat dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Hər iki tərəf qeyd olunan proqramların icrasını vacib sayıb.
Goris-Kapan alternativ yolunun tikintisinin başa çatmaq üzrə olduğunu açıqlayan səfir Tumanyan 2022-ci ildə Ermənistanda başlanacaq böyük yol tikintisi proqramını vurğulayıb və İran şirkətlərinin layihədə iştirak etmək imkanını vacib sayıb.
Görüşün sonunda nazir Ğasemi ümidvar olduğunu bildirib ki, gələcəkdə Ermənistan-İran əməkdaşlığı davam edəcək və yeni proqramlar işə salınacaq.