Hazırda Ermənistan üçün heç bir maneə yoxdur. Biz bəyan etmişik ki, demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq, bununla bağlı Azərbaycandan müsbət siqnal gözləyirik. Bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan hökumətdə keçirdiyi brifinq zamanı bildirib.
O xatırladıb ki, bununla bağlı Azərbaycan sentyabrda BMT-də bəyanatla çıxış edib, amma məsələ irəli getmir.
“Azərbaycanın demarkasiya və delimitasiya prosesinə niyə başlamadığını söyləməkdə çətinlik çəkirəm. Biz bildirmişik ki, demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq, biz həm də həmin işçi qrupun bütün təkliflərinini müzakirə etməyə hazırıq. Bizim vacib yanaşmalarımızdan biri odur ki, Ermənistan Respublikası və Azərbaycan Respublikasının silahlı qüvvələrini çıxarılsın, Ermənistan Respublikası və Azərbaycan Respublikasının sərhəd qoşunlarını həmin ərazilərdə yerləşdirilsin və biz delimitasiya və demarkasiya prosesinə başlayacağıq”, - deyə Grigoryan bildirib.
O, proseslərin hansı xəritə əsasında aparılacağı ilə bağlı hələlik qərarın olmadığını da bildirib.