AİHM Azərbaycan məhkəmə sisteminin boşluqlarını açmağa davam edir. Oktyabrın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 51 şikayət üzrə 4 qərardadı elan edib.
Hökumət 4 qərardad üzrə 51 ərizəçiyə ümumilikdə, 239,450 avro təzminat ödəməlidir. Turan agentliyinə əsasən, bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.