Avropa Komissiyası Ermənistan Respublikası və Böyük Britaniya tərəfindən verilmiş koronavirus peyvəndi üçün rəqəmsal sertifikatları tanıyan iki qərar qəbul edib.
Bu qərarla Ermənistan Aİ sisteminə qoşulacaq, və Ermənistan sertifikatları Aİ-nin rəqəmsal sertifikatları ilə eyni şərtlərlə Avropa Birliyində qəbul ediləcək. Eyni zamanda, Ermənistan və Böyük Britaniya koronavirus peyvəndi üçün Aİ sertifikatını qəbul etməyə razılaşıblar.
Qərar oktyabrın 29-dan qüvvəyə minəcək.