ER prezidenti Armen Sargsyan Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfər çərçivəsində Əbu-Dabi vəliəhdi, Silahlı Qüvvələrin Baş Komandanının müavini, şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Bu barədə ER prezidentinin administrasiyasından məlumat verilir.
“Görüş zamanı Ermənistan-Əmirliklər arasında dinamik inkişaf edən əlaqələrin dərinləşməsi, regional və beynəlxalq məsələlər barədə bir sıra mövzular müzakirə olundu.
ER prezidenti Armen Sargsyan BƏƏ-də Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə də görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edildi”,-məlumatda deyilir.