Demokrat ölkələr, o cümlədən ABŞ Azərbaycan prezidenti İlham Əliyevin korrupsioner avtoritar rejiminin regionda azadlığa və demokratiyaya təhlükəsini gözardı etməməlidir. Bu barədə Twitter-də Freedom House yazıb və İlham Əliyev rejimi ilə bağlı Amerikanın The National Interest jurnalının məqaləsini paylaşıb.
Oktyabrın 22-də dərc olunmuş məqalədə qeyd olunur ki, Azərbaycan, qonşu Ermənistan və Gürcüstandan fərqli olaraq, dünyanən ən korrupsiyalaşmış ölkələrindəndir.
Məqalədə “Pandora sənədləri”-ndə yer alan qalmaqallı ifşalara da toxunulur. Qeyd olunur ki, Azərbaycan siyasi baxımdan avtoritar ölkədir və Əliyevin dövründə yaşayan azərbaycanlıların vətəndaş azadlıqları yoxdur.
The National Interest jurnalının məqaləsində 44 günlük müharibəyə də toxunulur və vurğulanır ki, Azərbaycan Artsaxın mülki obyektlərinə qarşı İsrail PUA-larından istifadə edib.
“Əliyevin Dağlıq Qarabağ ermənilərinə qarşı mübarizəsində istifadə etdiyi suriyalı cihadçı muzdlularla əməkdaşlıq etməsi onun dünyagörüşü ilə bağlı suallar yaradır”, - məqalədə deyilir.