Oktyabrın 27-də “Orbeli” analitik-tədqiqat mərkəzinin təşəbbüsü ilə “Ermənistan-İran ikitərəfli münasibətləri və müharibədən sonrakı regional vəziyyət” mövzusunda vebinar keçirilib.
İranşünas Janna Vardanyan, Rusiya və Avrasiya araşdırmaları və beynəlxalq enerji siyasəti üzrə ekspert Şoib Bəhman, Avrasiya məsələləri üzrə ekspert Əhməd Kazemi, Azərbaycan üzrə ekspert Taron Hovhannisyan, Qafqaz Araşdırmaları İnstitutunun direktoru Cəfər Haşen, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Ehsan Movahedian, Gevo8g Kalloşyan, Gürcüstan üzrə ekspert Coni Melikyan məruzələrlə çıxış edib.
İkinci Artsax Müharibəsindən sonra Ermənistan və İranın əsas çağırışlarına, iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq imkanlarına, 44 günlük müharibədən sonra Türkiyənin qarşıya qoyduğu məqsədlərə və regionda baş verən yeni proseslərdə Gürcüstanın perspektivlərinə toxunulub.