Azərbaycanlı dindar Səbuhi Səlimov oktyabrın 20-də saxlanılıb və həmin vaxtdan etibarən ailə üzvləri onun haqqında məlumat ala bilmirlər.
Dindar oktyabrın 20-də qızının Hökməli qəsəbəsində yerləşən evindən aparılıb, evdə axtarış aparılıb. Turan yazır ki, bu barədə dindarın həyat yoldaşı Fatimə Səlimova bildirib.
Onun sözlərinə görə, axtarış zamanı əməkdaşlar mobil telefon, kompüter, dindarın nəvəsinə məxsus planşeti götürüblər.
Bundan başqa, Bakıda dindarın öz evində axtarış aparılıb.
Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı və dini fəal qısa müddətlik saxlanılıb.