Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvü Davit Xajakyan Azərbaycanın təcavüzü nəticəsində Artsaxdan didərgin düşmüş vətəndaşların hüquqları ilə bağlı Avropa Şurasının Konqresində çıxış edib.
Onun sözlərincə, Azərbaycan-Türkiyə təcavüzü nəticəsində 91 mindən çox vətəndaş Ermənistana təxliyə edilib ki, onların da 88 faizini qadın və uşaqlar təşkil edib. Hazırda kənd və qəsəbələri Azərbaycan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 40 mindən çox insan öz evindən və əmlakından məhrum edilib.
“Görülən səylərə baxmayaraq, köçkün əhali hələ də beynəlxalq humanitar yardımdan və müdafiədən xeyli məhrumdur və bu problemlərin “uzunmüddətli həllini gözləyir”. Avropa Şurasının müddəaları və Avropa İnsan Hüquqları Konvensiyasının prinsipləri ayrı-seçkilik olmadan hamıya şamil edilməlidir. Təəssüf ki, belə deyil, çünki Artsax xalqının hüquqları pozulub", - deyə Davit Xajakyan bildirib