Kipra işgüzar səfərinin son günündə ER Parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Kipr Respublikasının prezidentinin komisarı Fotis Fotiu ilə görüşüb.
Hər iki tərəf Ermənistan və Kiprin soyqırımların qarşısının alınmasına yönəlmiş daimi səylərini vacib sayıb, eləcə də insan hüquqlarının və dəyərlərinin qorunması və ədalətin bərpası üçün birgə mübarizəni davam etdirdiklərini təsdiqləyib. Alen Simonyan Ermənistan və erməni xalqı ilə bağlı bütün həyati vacib məsələlərdə qardaş Kipr hakimiyyətinin, bütün parlament tərəfdaşlarının prinsipial mövqeyini əvəzsiz hesab edib.
Tərəflər Artsaxa qarşı Azərbaycan-Türkiyə hərbi təcavüzünə toxunaraq itkin düşmüş şəxslər, hərbi əsirlər və girovlar məsələlərini müzakirə edib.
Prezidentin komissarı Ermənistan-Kipr-Yunanıstan üçtərəfli münasibətlərinin Kiprin prioritetlərindən biri olduğunu vurğulayıb. O, məlumat verib ki, bu çərçivədə Yunanıstanın ermənilərin məskunlaşdığı Saloniki şəhərində ermənilərin və pontik yunanların soyqırımlarına dair sərginin açılması planlaşdırılır.