Oktyabrın 25-də Ermənistanın İspaniyadakı səfiri Vladimir Karmirşalyan Əndəlusun Torremolinos şəhərində Erməni Soyıqırımı qurbanlarının xatirəsinə həsr olunmuş xaçdaşın açılışı münasibətilə şəhər meri Xose Ortis Garsiya ilə görüşüb. Bu barədə Ermənistanın İspaniyadakı səfirliyi məlumat yayıb.
Ermənistan, İspaniyanın müxtəlif şəhərləri arasında iqtisadi, mədəniyyət, idman, turizm və digər sahələrdə mərkəzləşdirilməmiş əməkdaşlığın qurulması imkanları müzakirə olunub.
Bələdiyyə başçısı Xose Ortis Garsiya Torremolinos nümayəndə heyəti ilə 2022-ci ilin aprel-may aylarında Ermənistana səfər etmək istəyir.