ER-nın Qatar Dövlətindəki yeni təyin olunmuş səfiri Armen Sargsyan ER-nın Dohadakı səfirliyində İran İslam Respublikasının Qatardakı səfiri Hamidreza Dehğani ilə görüşüb. Bu barədə ER-nın Qatardakı səfirliyinin “Facebook” səhifəsində qeyd olunur.
Tərəflər iki dost ölkə arasında mövcud münasibətlərə, eləcə də regional və beynəlxalq gündəliyə dair bir sıra məsələlərə toxunub.