Hökumət yeni yardım proqramı hazırlayıb. Artsaxdan didərgin düşmüş və ya müharibə nəticəsində evlərini itirmiş vətəndaşlar 4 aylıq maddi yardım alacaqlar.
Bu barədə ER əmək və sosial məsələlər nazirinin müavini Davit Xaçatryan bildirib.
“Evləri Azərbaycanın nəzarəti altında olan ərazilərdə qalan və ya müharibə nəticəsində dağıdılan Artsaxdan köçkün düşən vətəndaşlar ilin sonuna qədər maddi yardım alacaqlar. Artsaxda məskunlaşmış və evlərini itirmiş vətəndaşlar ipoteka ilə mənzil aldıqları təqdirdə dövlətdən faiz kompensasiyası alacaqlar. Proqramın hazırlanması hazırda son mərhələdədir”,-Xaçatryan qeyd etdi.