Nikol Paşinyan hakimiyyəti dövründə İranla Ermənistan arasında münasibətlər bütün sahələrdə inkişaf edib. İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri “Tasnim” xəbər agentliyinə müsahibəsində vurğulayıb.
İran səfiri “Şimal-Cənub” dəhlizi layihəsinə də toxunaraq Hind okeanından Çabahar, Fars körfəzi, sonra Culfa-Naxicevan-Ermənistan-Gürcüstan marşrutu və oradan da Körfəz dənizinə qədər olduğunu qeyd edib.
Zohuri alternativ Goris-Kapan avtomobil yolunun tikintisindən də bəhs edərək, Ermənistan tərəfinin bu istiqamətdə fəal iş apardığını vurğulayıb və yeni yol daha qısa olacaq.
Diplomatın sözlərinə görə, İran tərəfi Syunikdə yol tikintisi layihələrində mümkün iştirakda maraqlıdır, bu istiqamətdə danışıqlar aparılır.