“2022-ci ilin dövlət büdcəsi üç prioritetdən ibarətdir: təhlükəsizlik sistemində islahatlar və təkmilləşdirmə, infrastrukturun inkişafı, təhsil və elmin müasirləşdirilməsi”.
Bunu ER Baş naziri Nikol Paşinyan parlamentin daimi komitələrinin birgə iclasında “ER 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“2022-ci ilin müdafiə büdcəsi 2021-ci il planından 11 faiz çoxdur, 345 milyard dramdan təşkil edir. Peşəkar ordu yaratmaq üçün davamlı işləyəcəyik. Ermənistan Respublikası silahlı qüvvələrini təcavüz üçün deyil, təcavüzdən qorumaq üçün inkişaf etdirəcək. Ermənistan ərazilər işğal etmək niyyətində deyil”,-deyə o əlavə etdi ki, yeni təhlükəsizlik mühitində ölkəmizin sərhədlərinin mühafizəsi əsas prioritet olaraq qalır.
Baş nazir qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisindən, xüsusilə də Sotk Xoznavar hissəsindən çıxarılması, demarkasiya və delimitasiya prosesinin başlanması qeyd olunan problemin həlli üçün əlverişli şərait yaradacaq.