Oktyabrın 22-də Parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Eduard Ağacanyan İtaliyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfonso Di Rizonu qəbul edib. Bu barədə ER Parlamentinin rəsmi saytı məlumat yayıb.
İkitərəfli əlaqələrdən danışan Ağacanyan İtaliya ilə iki xalqın çoxəsrlik zəngin tarixi-mədəni irsinə əsaslanan dinamik inkişaf edən dostluq əlaqələrinə əhəmiyyət verib.
Parlamentlərarası əməkdaşlığın inkişafına toxunan Eduard Ağacanyan bu məsələdə parlament dostluq qruplarının sıx və təsirli fəaliyyətini vacib sayıbi. O, Parlamentdə tezliklə Ermənistan-İtaliya dostluq qrupunun yaradılacağı qeyd etdi.
Eduard Ağacanyan regionda müharibədən sonrakı vəziyyəti təqdim edib, erməni hərbi əsirlərin və saxlanılan digər şəxslərin Azərbaycandan qaytarılmasının prioritet məsələ olduğunu vurğulayıb.
Tərəflər həmçinin Ermənistan-İtaliya əməkdaşlığının müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.