Yunanıstanın xarici işlər naziri Nikos Dendias gələn ay Gürcüstana səfər edəcək.
Bu barədə Yunanıstan XİN başçısı ilə görüşdən sonra Gürcüstan parlamentinin sədri Kaxa Kuçava məlumat verib.
Onun sözlərinə görə, görüşdə Gürcüstanın avroatlantik inteqrasiyası və Yunanınstanın bu prosesdəki dəstəyinin önəmi müzakirə olunub.
Kuçava deyib, Dendias Yunanıstanın Gürcüstanın Qərb meyllərinin güclü tərəfdarı olduğunu təsdiqləyib.