Rusiyanın Ryazan vilayətində barıt zavodunda yanğın nəticəsində 16 nəfər həlak olub.
Bu barədə Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb.
Zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur. Hazırda yanğın söndürülüb.