Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır.
“Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.
Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil, çünki sərhədlərin xəritələri Rusiya Baş Qərargahındadır”.
Putin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin mümkün uzadılması ilə bağlı da danışıb.