Oktyabrın 19-da Az’rbaycanda saxlanılmış şiə ilahiyyatçı, "Azərbaycan din xadimləri" Birliyinin üzvü Sərdar Babayevə qarşı Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq orqanın təqdimatı əsasında Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 19-da Babayevlə birlikdə daha 4 şiə ilahiyyatçı saxlanılıb.
Saxlanılan şəxslərin hamısı İranda təhsil alıblar və İranpərəst din xadimləri hesab olunurlar.