ER Xİ naziri Ararat Mirzoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədr müavini Jil Karbonyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ararat Mirzoyan BQXK-nin fəaliyyətinin vacibliyini vurğulayıb.
Nazir Mirzoyan hərbi əsirlərin və girov götürülmüş mülki şəxslərin dərhal geri qaytarılması məsələsinin prioritet olaraq qaldığını vurğulayıb.
Azərbaycan əsirlərin geri qayıtması üçün süni əngəllər yaratmağa davam edir.
Ararat Mirzoyan onu da qeyd edib ki, Ermənistan tərəfinin təqdim etdiyi sübutlara baxmayaraq, Azərbaycan əsirlərin dəqiq sayı və saxlanma yerlərini gizlədir.
BQXK-nın nümayəndə heyəti müharibədən sonrakı şəraitdə yaranmış humanitar problemlərin aradan qaldırılmasında Ermənistan hakimiyyətinə köməyini davam etdirməyə hazır olduğunu bildirib.