Oktyabrın 21-də ER müdafiə naziri Arşak Karapetyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhəd vəziyyəti ilə yanaşı, regional təhlükəsizlik ilə bağlı məsələlərə də toxunublar.
Toivo Klaar Avropa İttifaqının bölgədə sülhün gücləndirilməsini dəstəklədiyini, dinc inkişafı təşviq etmək üçün imkanları araşdırdığını qeyd etdi.