Oktyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı məsələləri müzakirə edərək, gələcək səmərəli əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin Şərq Tərəfdaşlığı Sammitinin işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələlərini ətraflı müzakirə ediblər.
ER xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə, Nyu-Yorkda keçirilən beştərəfli görüşə toxunaraq, sülh danışıqlarının bərpasının zəruriliyini vurğulayıb. Hər iki tərəf ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin vacibliyini vurğuladı.
Ararat Mirzoyan beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına baxmayaraq, Azərbaycanın erməni hərbi əsirləri, mülki şəxsləri, girovları saxlamaqda davam etdiyini qeyd edib və onların dərhal vətənə qaytarılmasının vacibliyini vurğulayıb.