ER Parlamentinin sədri Alen Simonyan Parlament Sədrlərinin Avropa Konfransında çıxış edərək dünya çağırışlarına, terrorizmə, təhlükəsizlik problemlərinə toxunub.
“Bütün Avropa vətəndaşlarının gələcəyi yalnız sülh şəraitində mümkündür. Bu Ermənistan və Dağlıq Qarabağ xalqı üçün xüsusi mənaya malikdir, çünki həll olunmamış bir çox problemə görə çətin günlər yaşayırıq" , - deyə Alen Simonyan qeyd edib.
Bu kontekstdə qanunverici orqanın rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, hərtərəfli uzunmüddətli həllini zəruri hesab edib. Alen Simonyan təhlükəsizlik məsələlərində qonşuluq siyasətinin rolunu vurğulayıb.