Oktyabrın 21-də Afinada ER parlamentinin sədri Alen Simonyan ATƏT Parlament Assambleyasının prezidenti Marqaretta Sederfelt ilə görüşüb.
Alen Simonyan parlamentlərarası dialoqun inkişafında ATƏT Parlament Assambleyasının rolunu yüksək qiymətləndirib.
Parlamentin sədri parlament diplomatiyasının beynəlxalq münasibətlərin müasir strukturunda mühüm rol oynadığını vurğulayıb.
Regionun təhlükəsizliyi və uzunmüddətli sülhün bərqərar olması haqqında danışanda, o, Azərbaycanın Artsaxa qarşı başlatdığı hərbi əməliyyatlar zamanı mülki əhalinin və mülki infrastrukturun qəsdən hədəfə alınması, hərbi əsirlər və girovluqda olan mülki şəxslərin qaytarılması məsələlərinə toxunub.
Marqaretta Sederfelt Ermənistanda 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərini demokratiya baxımından yüksək qiymətləndirib və əlavə edib ki, onlar haqqında tam hesabat tezliklə hazır olacaq.