Oktyabrın 19-da Avropa Komissiyası Türkiyənin Avropa Birliyinə daxil olma prosesi ilə bağlı "Türkiyə 2021" hesabatını dərc edib. Hesabatda Ermənistan, Artsax barədə və Türkiyədə yaşayan ermənilərlə bağlı bəzi fikirlər var.
Avropa Komissiyasının bəyanatında deyilir: “Türkiyə Azərbaycanın Dağlıq Qarabağdakı hərbi səylərinin dəstəklənməsində əsas rol oynayıb, hərbi yardım, kəşfiyyat məlumatlar və silahlar verib, eləcə də xarici yaraqlılar şəklində yardım göstərməklə bağlı məlumatlar bildirilir”.
Qeyd olunur ki, Azərbaycanın Artsax müharibəsində Kanada texnologiyalarından istifadə etməsi səbəbindən Kanada Türkiyəyə hərbi mal və texnologiya ixracına verdiyi icazəni ləğv edib.
Rusiya-Türkiyə münasibətlərinə dair sənəddə iki ölkənin müdafiə, iqtisadiyyat, enerji, turizm, mədəniyyət daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirdiyi, həmçinin Suriya, Liviya və Dağlıq Qarabağdakı regional münaqişələrdə fəal iştirak etdiyi bildirilir.
Hesabatda Ermənistan-Türkiyə sərhədinin bağlı olduğu da bildirilir. Qeyd olunur ki, Türkiyə Ermənistanla sərhəddə minalardan təmizlənmə sahələrinə investisiyaları artırmalıdır.